AZ

Sərhədçilərimiz Qazax-Tavuş sərhədinə nə vaxt yerləşəcək?

Azərbaycan sərhədçiləri yaxın 8-9 gün ərzində sərhədin demarkasiya olunan Qazax-Tavuş istiqamətinə yerləşəcək.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.

Məlumatda qeyd olunur ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın sərhədçiləri razılaşdırılmış səthəddə yaxın 8-9 gün ərzində yerləşdiriləcək.

“Həssas yer olan Kirantsda isə sərhədçilərin yerləşməsi bir qədər vaxt alacaq, burada müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var”, - Ermənistanın sərmi açıqlamasında bildirilir.

Qeyd edək ki, demarkasiya nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycana təhvil verilir.

Asif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
3
publika.az

4Mənbələr