AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə çatıb

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində iki həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 150-yə, itkin düşənlərin sayı isə 112-yə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ştatın Mülki Müdafiəsi məlumat yayıb.

Bildirilib ki, yaralananların sayı 807-yə çatıb, seldən zərər çəkənlərin sayı 2 milyon 120 mini, köçkünlərin sayı isə 620 mini keçib.

Məlumata görə, fəlakət bölgəsindən 80 min insan xilas edilib və axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
operativmedia.az

1Mənbələr