AZ

Qərbin ikili standartlarının 2 nümunəsi: Gürcüstana təhdid, Ermənistana rəğbət

Mariya Zaxarova hansı məqamlara diqqət yetirib?

Qərb ikili standartlar siyasətini davam etdirir. Təəssüf ki, bu siyasətin tətbiq məkanı yenə də Cənubi Qafqazdır. Azərbaycanla bağlı məsələ aydındır. Məlumdur ki, ölkəmizə münasibətdə haqqında söz açdığımız yanaşma, demək olar, bütün istiqamətlərdə özünü göstərməkdədir. Mediadan tutmuş Qarabağ məsələsinədək bununla bağlı ən müxtəlif məqamları görmək mümkündür. 

Bu qeydlərimizdə Qərbin ikili standartlar siyasətinin Ermənista­na və Gürcüstana nəzərən təza­hür formalarından danışacağıq. Hesab edirik ki, bu baxımdan Ru­siya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdikləri aktualdır. 

M.Zaxarova, konkret olaraq, Ermənistan və Gürcüstandakı eti­razlarla bağlı Qərbin ikili standart­lar siyasətinin ayrı-ayrı məqam­larına toxunub: “Bilirsiniz, biz həmişə deyirik ki, konkret ölkədə daxili siyasi həyat suveren döv­lətin daxili işidir. Amma, bu halda Qərbin reaksiyası, həqiqətən, sa­bitliyi ilə diqqəti cəlb edəcək qədər təəccüblüdür. Fakt budur ki, bu, daha bir ikili standartdır və hər şeyi mükəmməl şəkildə nümayiş etdirir. Baxın, ABŞ və Avropa Bir­liyinin rəsmi nümayəndələri hər gün nümayişçilərə qarşı qəddar rəftar iddiası ilə Gürcüstan haki­miyyətinə hücum edirlər”. 

Bəs Ermənistan kontekstində nə görürük? Zaxarovanın sözlə­rinə görə, Ermənistanda həyata keçirilən kütləvi həbslər fonunda Qərbin ölü susqunluğu müşahidə olunur: “Orada da kobud güc tət­biq edilir. Sanki Qərb bu gündəm­dən kənarda qalıb. Onlar, belə demək mümkünsə, yalnız bir notu işə salırlar və qalan heç nə baş vermir”.

Rusiya XİN sözçüsü onu da bildirib ki, Amerika və Avropa me­diası Gürcüstandakı nümayişləri təbliğ etmək üçün əllərindən gələni edirlər. Onlar elə səviyyədə xəbər verirlər ki, nümayişlərin iştirakçıla­rı əsl qəhrəman kimi görünürlər: “Onları hesabatlarda və Qərbin əsas mediasının şərhlərində qa­nun çərçivəsində hərəkət edən nümayişçilər kimi təqdim edilir­lər. Onlara hər şeyi bağışlayırlar, hansısa qanunsuz hərəkətlərə haqq qazandırırlar. Ümumiyyətlə, qanun pozuntularını görmürlər. Ermənistanda minlərlə insanın eti­razına gəlincə, Qərbin ana xəbər axını onları ört-basdır edir. Guya, orada heç nə baş vermir. Yaxud elə tərzdə təqdim olunur ki, sanki, Ermənistanda yaşananlar erməni xalqının iradəsini əks etdirmir və kənardan təşkil olunub. Bu təəc­cüblüdür. Necə belə qiymət verilə bilir? Hətta bu, qiymətləndirmə də deyil. Belə təqdimat heç bir stan­dartlara cavab vermir”. 

Əlbəttə, M.Zaxarovanın Er­mənistanda baş verənləri xalqın iradəsi kimi qiymətləndirməsinə diqqət yetirmək niyyətində deyilik. Məsələ burasındadır ki, İrəvanda­kı kütləvi etirazlarda xalq amili is­tisnadır. Fikrimiz heç Gürcüstanda yaşananların da xalqın iradəsinin məhsulu olduğunu söyləmək de­yil. Başlıca məsələ haqqında söz açdığımız ikili standartlar siyasə­tindədir ki, Zaxarova həmin si­yasətin təzahür formasına diqqət yetirmək baxımından haqlı sayıla bilər. Elə isə onun başqa nələrdən söz açdığına nəzər salaq. 

M.Zaxarova Ermənistanda və Gürcüstanda yaşananlar məsələ­sində bir neçə misal çəkib. Xanım sözçü Avropa Komissiyasının mətbuat katibi Peter Stanodan və ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerdən sitat gətirib. “Onlar Tbilisidəki hadisələrdən danışırlar. Avropa Komissiyasının təmsilçisi deyib: “Biz Gürcüstan hökumətini in­sanların etiraz hüququnu təmin etməyə çağırırıq”. Amerika Döv­lət Departamentinin rəsmiləri nə deyirlər? “Biz dinc etirazlara qarşı zorakılığı pisləyirik. Biz Gürcüstan hakimiyyətini dinc etiraz aksiyala­rının iştirakçılarına ifadə azadlığı hüquqlarından istifadəyə davam etməyə imkan yaratmağa çağı­rırıq”. Ermənistan və ya başqa ölkələr haqqında nə deyirlər? Heç nə!”– deyən Zaxarova vurğulayıb ki, Qərb ikiüzlü qiymətləndirmələ­rindən qalmır və bu, hətta siyasi seçicilik də deyil. Bu, öz ölkəsin­də, xaricdə və beynəlxalq platfor­malarda ictimai rəyin manipulyasi­yasıdır. 

Ə.RÜSTƏMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
xalqqazeti.az

1Mənbələr