AZ

AİB Qazaxıstana 1 milyon dollar ayırıb

Avrasiya İnkişaf Bankı (AİB) Qazaxıstanda daşqınların nəticələrinin aradan qaldırılması üçün 1 milyon dollar ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, iyun ayında bank Almatıda bəzi tədbirlər istisna olmaqla, qısaldılmış formatda illik görüş və biznes forumlarını təşkil edəcək.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan hakimiyyəti daşqınların nəticələrini aradan qaldırmaq üçün lazım olan vəsaitə qənaət etmək məqsədilə bəzi iri tədbirləri ləğv etdiyini açıqlayıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
iqtisadiyyat.az

1Mənbələr