AZ

Əli bəy Hüseynzadə M.Ə.Rəsulzadə haqqında - Nəsiman Yaqublunun təqdimatında

1923-cü ildə M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabı Türkiyədə nəşr edildi və oxucular tərəfindən böyük maraqla qarşılandı. Həmin kitaba giriş sözünü böyük mütəfəkkir Əli bəy Hüseynzadə yazmışdı. Ə.Hüseynzadə M.Ə.Rəsulzadə haqqında belə dəyərli fikirlər yazmışdı:”Siz Azərbaycanın ən böhranlı zamanında fəal bir mücahid sifətilə çalışırdınız…”. Həmin yazını olduğu kimi oxuculara təqdim edirəm.
 
Əli bəy Hüseynzadə
 
BİR MÜTALİƏ
 
Əzizim, Əmin arkadaş! “Azərbaycan Cümhuriyyəti”  ünvanilə  vücuda gətirdiyiniz əsər həqqində fikir və mütaliəmi soruyorsunuz…
 
Cahan hərbinə qədər Azərbaycanın həyati-hərsiyyə və ictimaiyyəsini yaxından-uzaqdan az-çox təqib edə bilmişdim. Fəqət hərb başladıqdan sonra buna layiq vəchlə davam bittəb mümkün olmadı. İki qardaş türk şəhər olan İstanbulla Bakı vəələumum Azərbaycan arasında sövqi-hadisat ilə peyda olan qalın siss pərdəsi bir şey görməyə, eşitməyə, duymağa mane oldu. Bu gün pərdə yavaş-yavaş qalxıyor. Siz də bu pərdəni qaldıranlardan biri olursunuz. Həqiqət yekdigərə müariz tərəfləri dinləməklə meydanə çıxarıla bilir.
 
Ötədən bəri hökmləri vermək üçün “Andiatur et alter a ar”, yəni “digər tərəflər də dinlənməli” qaydasına riayəti kəndimə bir vəzifə ittixaz etmiş olduğumdan əsəriniz həqqində ancaq bu nöqteyi-nəzərdən bəyani mütaliə edə bilirəm: Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sifətilə çalışdınız, bir çox mühüm vəqaye və hadisatı rəyüleyn yaxından gördünüz, müxtəlif cərəyanların içində bulundunuz və sərgüzəştlərlə mali bir həyat yaşadınız!.. Və zatən mövcud və müsəlləm olan elm və ürfanınıza əlbəttə, pək çox qiymətdar və mübid müşahidat və məlumat əlavə etdiniz və şübhəsiz, bunları əsərinizdə qeyd və təsbitə çalışdınız. Lakin Siz Azərbaycanda bir tərəfi, bir firqəyi, bir firqəyi-siyasiyyəyi təmsil ediyorsınız. Arzunuza rəğmən nə dərəcə bitərəf qala bilirsiniz, bunu şimdiki halda təyindən acizəm. Məmafuh, şübhə yoxdur ki, əsəriniz bir boşluğu dolduruyor: Türkiyə nəşriyyatının ən böyük qüsurlarından biri – qonşu məmləkətlər, ələlxüsus həmcivar türk ölkələri həqqində sədrə şəfa verəcək kafi məlumatı ehtiva etməməsidir.
 
Bu cəhətlə əsəriniz, hadisatı vəlov vəhidücanib bir zaviyəyi-röyətdən görüyor fərz edilsə belə, mətbuatımıza pək qiymətli bir hədiyyə olacaqdır. Çünki mövzuti, vəziyyəti-iqtisadiyyə və siyasiyyəsi ilə aləmşümul bir əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın və dolayısı ilə bütün türklüyün müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas ediyor. Bir xəlqin, bir millətin asudə və müsəmmər bir həyatə, rifah və səadətə nail ola bilməsi nasıl sünufi-ictimaiyyə beynində iqtisadi bir təsanüd vədalətin vücuduna vabəstə isə öylə də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən mütənəm ola bilməsi beynəlmiləl münasibatda ədalət və insaf məfhumlarının hakim və cari olmasilə qabildir. Beynəlmiləl insaf və ədalətdən doğan sülhi-ümumiyi-aləm isə Azərbaycanın dəxi hürriyyət və istiqlalını istilzam edər. Ancaq bu istiqlalın mücahidləri, nigahbanları qəvi və mütəqəyyiz olmalıdırlar!.. İzmir İqtisad konqresində “İqtisadi misaq” proqramında, bir də “Kitab bayramı”  ehdasından bəhs olunuyor.
 
Ümid edirəm ki, “Azərbaycan Cümhuriyyəti” ilk “Kitab bayramı” ziyafətində ən dadlı, ən müğdi qidayi-ruhiyyələrindən biri olur və… Türk istiqlalının mücahidlərini, nigahbanlarını bəslər, təqviyə edər və oyandırar!
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
1
moderator.az

2Mənbələr