AZ

“Nəsimi Məişət Malları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək

28 iyun 2024-cü il saat 11.30-da “Nəsimi Məişət Malları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq “ Şüşəplastmas “ ASC-nin yerləşdiyi ünvanda (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24) ünvanında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Cəmiyyətin 2023-cü ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi.

2. Mənfəətin istifadəsi məsələsinin müzakirəsi.

3. “ Nəsimi Məişət Malları “ ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə (012) 496 -43-72 nömrəli telefonla əlaqə saxlayıb və yaxud cəmiyyətin ünvanında tanış olmaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
2
fed.az

6Mənbələr