AZ

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Azərbaycanın Ermənistanla Qazax rayonu istiqamətindəki sərhədəri 1976-cı il xəritələri əsasında delimitasiya olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Emənistan Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlayıb. 

"Əvvəlcədən razılaşdırılmış koordinatların yerləşdirilməsi üçün qeyd olunan ərazilərdə müvafiq işçi qrupları tərəfindən sərhəd dirəkləri quraşdırılıb. Həmin koordinatlar 1976-cı il xəritələrindən götürülüb. İndi kartoqraflar yenə eyni xəritələr əsasında sütunlar arasında sərhəd keçid xətlərini razılaşdırıblar. Yəni bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatıb, razılaşdırılıb, imzalanıb və bu ərazilərdə sərhəd delimitasiyası hesab olunur", - deyə qeyd olunub.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
28
unikal.az

10Mənbələr