AZ

Mbappe "Real Madrid"dən 100 milyon avro mükafat alacaq

Fransa millisinin 25 yaşlı hücumçusu Kilyan Mbappe Fransa PSJ-sindən azad agent kimi keçdiyi üçün Real Madriddən 100 milyon avro mükafat alacaq. Mbappe o pulu 5 ildən sonra alacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir, lakin PSJ heç nə almayacaq. Mbappenin Paris klubu ilə müqaviləsi iyunda başa çatır, baxmayaraq ki, keçən yay müqavilənin uzadılmasının təqdimatında Mbappenin 2025-ci ilə qədər PSJ-də çıxış edəcəyi bildirilmişdi.

2017-ci ildən PSJ-də çıxış edən Mbappe Paris komandası ilə 6-sı Fransa çempionu olmaqla, 14 titul qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
operativmedia.az

1Mənbələr