AZ

Yaponiyada sirli virus rekord sürətlə yayılır



Qeyd edilir ki, Yaponiyada elm adamlarının hələ də səbəbini müəyyən etmədiyi və tutulanların qol və ayaqlarında toxuma ölümünə səbəb ola bilən sirli virus rekord sürətlə yayılır.

Yaponiyanın NHK televiziyasının məlumatına görə, ölkədə A qrupu streptokok xəstəliyinin ən ağır və potensial ölümcül forması olan streptokok toksik şok sindromunun (STSS) yayılma sürəti artır.

Ednews anlatilan.otesi.com-a istinadən xəbər verir ki, “Streptokok” infeksiyasının sərt və ölümcül forması olan “streptokokk toksik şok sindromu”nun ölkədə halların artması səbəbindən yayılmağa davam edəcəyi proqnozlaşdırılsa da, ölümcül nəticələrə səbəb olan müəmmalı epidemiyanın rekord sürətlə yayılması insanları qorxudur.

Milli Yoluxucu Xəstəliklər İnstitutundan verilən məlumata görə, ötən il ümumilikdə 941 STSS hadisəsi aşkar olunduğu halda, bu ilin ilk 5 ayı ərzində aşkar olunmuş yoluxma hallarının sayı artıq 801-ə çatıb, yəni, 2,76 dəfə çoxdur. 

Nadir, lakin təhlükəli bakterial infeksiya olan A qrupu streptokokuna yoluxma hallarının artmasının səbəbi hələ müəyyən edilməmişdir, lakin ekspertlər qeyd edirlər ki, COVID-19 ilə mübarizə tədbirləri yumşaldıldıqdan sonra faringit hallarının sayı artıb.

Qeyd olunub ki, hər iki xəstəlik eyni tip bakteriyalardan qaynaqlanır.

Xəbərdə qeyd edilib ki, halların demək olar ki, yarısında infeksiya mənbəyini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən Tokyon Bələdiyyəsi şəhər sakinlərini ehtiyatlı olmağa çağırıb.

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
ednews.net

1Mənbələr