AZ

Palmer “Çelsi”nin əfsanəsinə çatıb

İngiltərənin “Çelsi” klubunun futbolçusu Koul Palmer komandanın əfsanəsi Frenk Lemparda çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 34-cü turunda, “Brayton”a qarşı matçda geçəkləşib.

"Çelsi" səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Hesabı 34-cü dəqiqədə Palmer açıb. 22 yaşlı yarımmüdafiəçi üçün bu qol Premyer Liqada 22-ci olub. Beləliklə, o, 2009/2010 mövsümündə 22 qol vuran Lemparda çatıb.

Premyer Liqada London təmsilçisinin heyətində yalnız Cimmi Floyd Hasselbaynk (2000/2001 və 2001/2002 mövsümlərində 23 qol) və Didye Droqba (2009/2010 mövsümündə 29 qol) bir mövsümdə daha çox qol vurublar.

Qeyd edək ki, “Çelsi” hazırda 60 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
report.az

3Mənbələr