AZ

"Atletiko" ÇL-ə vəsiqə qazandı

style='margin-bottom:10px;'>

"Atletiko" 2024/2025 mövsümü üçün Çempionlar Liqasına vəsiqəni təmin edib. 

QOL.az xəbər verir ki, komanda buna La Liqanın 36-cı turunda "Xetafe"yə 3:0 hesabı ilə qalib gələrək nail olub. Madrid təmsilçisi 73 xalla 4-cü pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Atletik"lə (62 xal) xal fərqini 11-ə yüksəldib. Beləliklə, komandanın yarışın bitməsinə 2 tur qalmış çempionatı ən azı 4-cü pillədə başa vuracağı dəqiqləşib. La Liqada ilk 4 yeri tutan klublar ÇL-də oynamaq hüququ qazanır.

"Atletiko" Dieqo Simeonenin rəhbərliyi altında hər mövsüm - ardıcıl 12 il əsas Avropa turnirinə vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
3
teleqraf.com

4Mənbələr