AZ

Qobustanın Sündü kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən Sündü kənd tam orta məktəbində “Uşaqların sağlamlığının qorunmasında və uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında icbari dispanserizasiyanın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Qobustan RMX-dan Aztibb.az-a bildirilib ki, tədbiri giriş nitqi ilə Yoluxucu xəstəliklər şöbəsinin müdiri İlham Əliyev açaraq uşaqların sağlamlığının qorunmasının və uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

 

Daha sonra Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkimləri –  pediatr Nərgiz Sadıqzadə, stomatoloq Namiq Sadıqov, pediatr Rəna İdrisova və tibb bacıları tərəfindən uşaqlar arasında geniş yayılan xəstəliklərin qarşısının alınması məqsədilə uşaqlara maarifləndirici tövsiyyələr verilib.

 

Sonda tədbirdə iştirak edən məktəbin ibtidai sinif şagirdləri həkimlər tərəfindən müayinə ediliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
aztibb.az

1Mənbələr