AZ

Borc pula görə həmkarını öldürən müəllimə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam öldürmə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: 11 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.



Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Ə.Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü K.Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Ə.Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Niyazi və Kamal xəstəxanaya yerləşdirilib.


Məlumata görə, qətli törətməkdə şübhəli bilinən K.Bayramov öldürülən Ə.Bayramovla qohum olub. O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub. Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.


Xatırlatma: Qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan Niyazi isə Kamalın qardaşıdır.

 

Kamal Məmmədov 

Tarix: 16 May 2024, 09:14   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
pravda.az

1Mənbələr