AZ

“Tarixdə bu gün” - 16 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

15 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

16 may Beynəlxalq İşıq Günüdür:

 

YUNESKO 2017-ci ildə Mayın 16-nı Beynəlxalq İşıq Günü (International Day of Light) elan etdi. Həmin il 147 ölkədə elmin, mədəniyyətin, sənətin, tibbin, eləcə də gündəlik həyatda işıq roluna həsr olunmuş 13000-dən çox tədbir təşkil edildi.


Günün keçirilməsində əsas məqsəd - işığın insan həyatında, bəşəriyyətdə əvəzsiz rolunu yada salmaqdır. Müasir elmdə işığın və işıqla işləyən texnologiyaların rolunu bütün dünyadakı vətəndaşlara çatdırmaqdır. Bundan başqa, tədbirin mühüm vəzifələrindən biri də işıq sahəsində yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə enerji səmərəliliyi məsələsini həll etməkdir.

 

16 may Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür:

Sülh şəraitində birgə yaşamaq üçün fərqlilikləri qəbul etmək, başqalarına hörmətlə yanaşmaq və onları qiymətləndirmək lazımdır. Məhz bu dəyərlərin təşviqi və sülhə nail olmaq yolunda beynəlxalq ictimaiyyətin səfərbər olunması üçün BMT-nin Baş Assambleyası 72/130 saylı qətnaməsi ilə 16 may tarixini Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günü elan edib.

 

16 may 1919-cu ildə Mustafa Kamal Atatürk Qurtuluş Müharibәsinә start vermәk üçün İstanbuldan Samsuna gedib.

 

16 may 1975-ci ildə yaponiyalı alpinist Cunko Tabei Everestın zirvәsinә çıxan ilk qadın alpinist oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
azedu.az

1Mənbələr