AZ

Bakıda qəza olub, ölən və yaralananlar var

Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Report"un məlumatına görə, Məmmədov Piruz İsa oğlu gecə saatlarında etibarnamə əsasında idarə Mercedens Benz C 320 markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Bağlar yaşayış massivində hərəkətdə olarkən idarə etməni itirib yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılmış, nəticədə avtomobildə ön oturacaqda əyləşmiş sərnişin 22.08.2002-ci il təvəllüdlü, Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş, həmin zaman sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər 21.02.1998-ci il təvəllüdlü, Piriyev Orxan Fariz oğlu və 13.08.1996-cı il təvəllüdlü Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət etmişdir.

Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
report.az

10Mənbələr