AZ

Putin danışıqlarda iştirak etmək istəsə... - Blinken

Rusiya Prezidenti Vladimir Putinin hərəkətləri danışıqlara başlamaq imkanının tam əksini nümayiş etdirir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

"Əgər Putin danışıqlarda ciddi şəkildə iştirak etməkdə maraqlı olsa, əminəm ki, Ukrayna buna cavab verəcək. Amma Putinin hər gün nümayiş etdirdiyi şey tam əksidir", - E.Blinken vurğulayıb.

O əlavə edib ki, ABŞ Ukraynanı və onun qərarlarını dəstəklədiyini açıq şəkildə bəyan edib:

“Ukraynasız Ukrayna ilə bağlı heç vaxt heç nə olmayacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
axar.az

3Mənbələr