AZ

Gürcü futbolçu “PSJ”-ə transfer olunur

Gürcüstan futbol komandasının və “Napoli”nin 23 yaşlı idmançısı Xviça Kqavatsxeliya Fransa “PSJ”sinə transfer oluna bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Fransa klubu Xviça üçün İtaliya klubuna 80 milyon avro təklif etməyə hazırdır və onlar eyni zamanda Frankfurtda “Ayntraxt”dan PSJ-yə transfer olunan 25 yaşlı fransız hücumçu Randal Kolo Muanı da göndərməyə hazırdırlar.

Xatırladaq ki, İtaliya “Napoli”si Kvaratsxeliyanı 120-130 milyon avroya dəyərləndirib. Cari mövsümdə Kvaratsxeliya 43 matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onu da xatırladaq ki, Kvaratsxeliyanın hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
veteninfo.az

1Mənbələr