AZ

Ölkə kubokunda yeni rekord

“Yuventus” İtaliya kubokunu qazanıb.

İdman.biz xəbər verir ki, Turin təmsilçisi “Atalanta”nı 1:0 hesabı ilə məğlub edib.

Bu, baş məşqçi Massimiliano Alleqrinin 5-ci İtaliya kubokudur. O, 2014/15, 2015/16, 2016/17, 2017/18 mövsümlərində də bu titula sahib çıxıb.

Bununla da Alleqri ölkə kuboku tarixinin ən titullu məşqçisi olub. O, Roberto Mançini və Sven-Yoran Erikssonu keçib. Onların hərəyə 4 kuboku var.

Qeyd edək ki, 2021-ci ilin mayından “Yuventus”a rəhbərlik edən Alleqrinin müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
idman.biz

1Mənbələr