AZ

Bakıda ilk dəfə satışa çıxarıldı - Onu neçəyə almaq olar?

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri “İticket” vasitəsilə satışa çıxarılıb.

Qiyməti 2 manat təşkil edən biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır.

Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
sportinfo.az

1Mənbələr