Yaponiyanın real ümumi daxili məhsulu (ÜDM) 2023-cü maliyyə ilinin dördüncü rübündə (2024-cü ilin yanvar-mart ayları) şəxsi istehlakın zəifləməsi nəticəsində illik müqayisədə (ötən ilin eyni dövrü ilə) 2% azalıb.
Marja.az xəbər verir ki, bunu ölkə hökumətinin dərc etdiyi məlumatlar göstərir.
Bir əvvəlki rüblə müqayisədə isə yanvar-mart aylarında azalma 0,5% olub. Nominal ÜDM ötən rübdə illik müqayisədə 0,4% artıb.
ÜDM-in azalmasının əsas səbəblərindən biri Yaponiyada şəxsi istehlakın 0,7% azalması olub. Bu, ölkənin ümumi iqtisadiyyatının təxminən yarısını təşkil edir.
Bundan əlavə, iqtisadiyyat üçün mənfi amil Daihatsu-da qəza testi məlumatlarının saxtalaşdırılması ilə bağlı qalmaqaldan sonra maşınqayırma və avtomobil sənayesinə investisiyaların azalması fonunda kapital qoyuluşunun 0,8% azalması olub. Avtomobil sənayesi Yaponiya iqtisadiyyatı üçün əsas sahələrdən biridir.
Analitiklərin fikrincə, iqtisadiyyat iyunda başa çatacaq növbəti rübdə bərpa olunmağa başlayacaq.