AZ

Musa yenə oynamayacaq

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatının IX turunda növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, məşqçilər korpusu “Brommapoykarna” ilə görüşün iştirak ərizəsini açıqlayıb. Səfər qarşılaşmasına 20 oyunçu aparılacaq. Lakin Qurbanlı növbəti dəfə “20-lik”dən kənarda qalıb. Əvəzində Norveç millisinin ön xətt oyunçusu Tokmak Nquen cəza müddəti bitdiyi üçün heyətə salınıb.

Musa cari mövsüm İsveç çempionatında cəmi 2 görüşdə meydana çıxıb.

Qeyd edək ki, “Brommapoykarna” – “Yurqorden” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Stokholm təmsilçisi hazırda 16 xalla üçüncü pillədə qərarlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
futbolinfo.az

1Mənbələr