AZ

"Xarici qüvvələr Gürcüstanda dövlət çevrilişi etmək istəyir"

Tbilisi meri Kaxa Kaladze xarici qüvvələrin Gürcüstanda dövlət çevrilişinə cəhd etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, siyasətçinin çıxışı Gürcüstan KİV-ləri yayımlayıb. 

Kaladzenin sözlərinə görə, bunu Litva, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin Gürcüstan parlamentinin bu yaxınlarda qəbul etdiyi xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə iştirakı ilə baş verən insident də təsdiqləyir. Mer qeyd edib ki, “bu dostluq deyil, düşmənçilikdir və ölkədə qütbləşməni tətbiq etmək cəhdidir”.

“Xarici işlər nazirimiz İrəvana gedib müxalifətin mitinqində iştirak edibsə, siz necə təsəvvür edirsiniz? Münasibət necə olardı?”, - Kaladze bildirib.

Mayın 15-də Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirlərinin Tbilisiyə gəldiyi bildirilir. Daha sonra müxalifətin mitinqinə gəlib orada çıxış ediblər.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
unikal.az

10Mənbələr