AZ

Peşmək kimi yüngül planet kəşf edildi

Tədqiqatçılar kəşfi ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) tərəfindən 2023-cü ildə açıqlanan "WASP-193b" ekzoplanetinə dair yeni tapıntılar əldə ediblər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, “WASP-193b” ekzoplanetinin ölçüsü ilə müqayisədə çox aşağı sıxlığa malik olduğu müəyyənləşib. Tədqiqatçılar “WASP-193b” peşmək kimi tüklü və yüngül bir quruluşa sahib olduğunu müəyyən ediblər.

Ekzoplanetin daha çox hidrogen və heliumdan ibarət olduğu üçün bu qədər aşağı sıxlığa malik olduğunu fərz edilir.

Massaçusets Texnologiya İnstitutundan (MIT) astronom Xalid Barkaouinin sözlərinə görə, planeti “super siskin” adlandırıbla:

“Çünki o, əsasən bərk cisimlərdən çox yüngül qazlardan ibarətdir".

“WASP-193b” indiyə qədər kəşf edilmiş ikinci ən sıx planetdir.

Araşdırma "Nature Astronomy" jurnalında dərc olunub.

Nərgiz Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
bakivaxti.az

3Mənbələr