AZ

Səudiyyə Ərəbistanı meqalayihələrini işə salır - Fotolar

Səudiyyə

Səudiyyə Ərəbistanında reallaşdırılan böyük meqalayihələr üzrə başlanan və müxtəlif ərazilərdə aparılan tikinti işlərinin fotoları dərc olunub.

Reyting.az
"Naked Science" saytına istinadla bildirir ki, Səudiyyə Ərəbistanı Ərazilərinin İnkişafı Agentliyinin “X” sosial şəbəkəsindəki səhifəsində "Güzgü Xətti" layihəsinin böyük bir hissəsi kimi tanınan Aquilm layihəsindən söz açılıb.

Aquilm şəhər layihəsi çərçivəsində yaradılan uca, üfüqi göydələnin və həmçinin “Güzgü Xətti” layihəsinin bir hissəsi olaraq bütün dünyada ilk kimi üzən tikili sahələrindən bəzi fotoşəkillər peyda olub.

Ərazilərin İnkişafı Agentliyinin (NEOM) məlumatına görə, inşasına başlanılan bu hündür göydələnlərin ərazisini Osxaqon şəhərində yerləşən qabaqcıl istehsalat düşərgəsinə birləşdirmək üçün yüksək sürətli sərnişin və yük qatarlarının dəmir yolu xətti, eləcə də mobil nəqliyyat vasitələri ilə təmin ediləcək.

"Güzgü Xətti" adlanan bu nəhəng layihənin bir hissəsi kimi artıq tunellərdə tikinti işlərinə də başlanılıb.

Bundan əlavə, dünyada ilk üzən, nəhəng kater-bərə formasında tikiləcək şəhərdə Aquilm layihəsi çərçivəsində göydələnlər ucalacaq ərazilərdə dağıdılmayan təbii qayaların möhkəmləndirilməsi üzrə işlər aparılır.







Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
reyting.az

1Mənbələr