AZ

Fransa Yeni Kaledoniyada qoşun yerləşdirəcək

Fransa

Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yerləşdirəcək.

APA xəbər verir ki, bu barədə Fransanın Baş nazir Qabriel Attal bildirib.
Bildriilib ki, məqsəd Yeni Kaledoniyanın hava və dəniz limanlarını qorumaqdır.

Onun sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada "TikTok" sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

Qeyd edək ki, Fransa Parlamentində Yeni Kaledoniyada miqrantların səs verməsinə üçün konstitusiyaya düzəlişlər təklif edilib.

Bundan sonra etirazlar başlayıb.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
20
xalqcebhesi.az

10Mənbələr