AZ

Kapitanı transfer etmək üçün - Ərəblər çoxlu pul ayıracaq

“Əl-Nəsr” yayda “Mançester Yunayted”in kapitanı Bruno Fernandesi transfer etmək üçün ciddi şəkildə pul ayırmağa hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu anlaşmanın çətin göründüyünü başa düşür.

Bununla belə, rəhbərlik transferi reallaşdırmaq üçün əlindən gələni etmək niyyətindədir.

Daha əvvəl bildirilmişdi ki, 29 yaşlı portuqaliyalı futbolçu daha rəqabətli kluba keçmək üçün komandasını tərk etmək istəyir.

Fernandes bu mövsüm İngiltərə Premyer Liqasında 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
sportinfo.az

1Mənbələr