AZ

Rusiya DİN Estoniyanın keçmiş polis rəisi və xarici işlər nazirini axtarışa verib

Estoniyanın keçmiş polis rəisi Elmar Vaher, keçmiş xarici işlər naziri Urmas Reynsal, eləcə də Litva, Latviya və Polşadan olan bir neçə məmur sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsinə görə onlara qarşı açılmış cinayət işi çərçivəsində Rusiyada axtarışa verilib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumat bazasına əsasən, Litvanın Palanqa şəhərinin meri və vitse-meri Şarunas Vaytkus və Litvanın Panevezis şəhərinin meri və vitse-meri Saulius Sime, Rytis Mikolas Rachkauskas və Loreta Masilyunienė Rusiyada axtarışa verilib.

Latviya Seyminin üzvü Yanis Vitenberqs də Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısına daxil edilib.

Bundan əlavə, Polşanın Malbork şəhərinin meri Marek Xazzevski və Bjeq şəhərinin keçmiş meri Yeji Vrembyak da axtarışdadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
2
apa.az

3Mənbələr