AZ

Rəcəb Tayyib Ərdoğan Qərbi Balkan ölkələrinin əhalisinin ən çox bəyəndiyi liderdir

Sarayevo, 16 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi Balkan ölkələrinin əhalisi tərəfindən ən çox bəyənilən siyasi liderdir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutu Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Albaniya, Serbiya və Kosovoda Qərbi Balkan ölkələrinin əhalisi arasında sorğu keçirib. Sorğu iştirakçılarının öz ölkələrinin liderləri ilə bağlı fikirləri öyrənilib, o cümlədən onlara “Dünya və regional liderlərdən hansılar haqqında müsbət fikirdəsiniz?” sualı ünvanlanıb.

Sorğuda yeddi mindən çox insan iştirak edib və Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Albaniyada ən çox bəyənilən lider olub. Bosniya və Herseqovinada sorğu iştirakçıların 61 faizi, Monteneqroda 56 faizi, Şimali Makedoniyada 66 faizi, Albaniya 71 faizi Türkiyə Prezidentinin sevimli lider olduğunu qeyd edib. Rəcəb Tayyib Ərdoğan Serbiyada Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpindən sonra ən çox bəyənilən üçüncü, Kosovoda isə ABŞ Prezidenti Cozef Baydendən sonra ikinci ən çox bəyənilən lider olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
1
azertag.az

1Mənbələr