AZ

Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin saat kolleksiyası Cenevrədə keçirilən hərracda 4,4 milyon dollara satılıb.

Hərrac “Christie's” ticarət evində təşkil edilib.  

Kolleksiyada səkkiz qol saatı olub. Hərrac M.Şumaxerin ailəsi tərəfindən təşkil olunub.

Məlumat üçün əlavə edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik kurortunda ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir. Müalicəsini maliyyələşdirmək üçün ailəsi vaxtaşırı idman əfsanəsinə məxsus şəxsi əşyalarının hərracdan satışını həyata keçirir.

Mənbə: Aif.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
18
oxu.az

10Mənbələr