AZ

Kaxa Kaladze nümayişlərdə iştirak edən nazirləri düşmən adlandırıb

“Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir”.

“Report” xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə nümayişlərdə iştirakına münasibət bildirərkən deyib.

“Xarici işlər nazirimizin, belə demək mümkünsə, İrəvana gedib müxalifətin mitinqində çıxış etməsini necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? Bu, həqiqətənmi dostluqdur?”, - deyə Kaladze vurğulayb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
1
report.az

2Mənbələr