AZ

Fransa Yeni Kaledoniyaya qoşun yeritdi - VİDEO

“Fransa adadakı vəziyyətə görə Yeni Kaledoniyaya qoşun yeridib”.

Bu barədə baş nazir Qabriel Attal nazirlərinin iclasında məlumat verib.

Attalın sözlərinə görə, xaricdəki ərazinin ali komissarı Lui Le Frank hərbi yardım istəyib. O, həmçinin adada “TikTok” sosial şəbəkəsinə girişi bloklamağı əmr edib.

KİV-in məlumatına görə, prezident Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün cümə axşamı səhər təhlükəsizlik şurasını toplayacaq.

Xatırladaq ki, iğtişaşçılar Fransa parlamentində müzakirə olunan qanun layihəsinə etiraz edirlər. Sənəd Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə yerli seçkilərdə iştirak etmək üçün səsvermə hüququnun verilməsini nəzərdə tutur.

Mənbə: BFMTV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
256
1
oxu.az

2Mənbələr