AZ

İtaliya Kubokunun qalibi bəlli oldu

İtaliya kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, finalda “Yuventus”la “Atalanta” komandaları qarşılaşıblar.

“Olimpiko” stadionunda keçirilən matçda erkən qolla hesabı açan Turin təmsilçisi bu üstünlüyünü sona kimi qorumaqla növbəti titulunu qazanıb.

Bu, Turin klubunun tarixində qazandığı 15-ci İtaliya Kubokudur. Bu, İtaliya kubokunda rekord göstəricidir.

İtaliya Kuboku
Final
15 may

Atalanta – Yuventus 0:1
Qol: Vlahoviç, 4.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
311
3
futbolinfo.az

4Mənbələr