AZ

Avropa İttifaqı ölkələri Təbiətin bərpa edilməsı haqqında Qanunu dəstəkləməyə çağırıb

Avropa

Stokholm, 16 may, Nərgiz Cəfərli, AZƏRTAC

Avropa İttifaqının on bir ölkəsi İsveç, Macarıstan, Belçika, Finlandiya, Avstriya və Polşanı Avropa Parlamenti tərəfindən təsdiq edilən Təbiətin bərpa edilməsi haqqında Qanunu dəstəkləməyə çağırıb. Qanun 2030-cu ilə qədər Avropa İttifaqının quru və dəniz sahələrinin ən azı 20 faizinin, uzunmüddətli perspektivdə isə 60 faizə qədərinin təbii vəziyyətə gətirilməsini, eləcə də 2050-ci ilə qədər bütün deqradasiya edən ekosistemlərin sağlamlaşdırılmasını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, qanunun qəbul edilməsi ilə bağlı son rəsmi səsvermə ətraf mühit nazirlərinin martın 25-də Brüsseldə keçirilən görüşündə keçirilməli idi. Lakin gözlənilmədən martın sonunda qanunla bağlı müzakirələr dayandırılıb. Buna səbəb İsveçin kənd təsərrüfatı naziri Piter Kullqrenin qanuna qarşı fəal kampaniyası olub.

Piter Kullqrenin fikrincə, qanunun nəticələri ölkənin meşə təsərrüfatı və kənd təsərrüfatı, eləcə də iqlim sahəsində fəaliyyəti üçün ölümcül ola bilər.

"Biz siyasi prosesi başa çatdırmaq üçün tez və qətiyyətlə hərəkət etməliyik. Bu tələbin yerinə yetirilməməsi təbiətin məhv olmasına və cəmiyyətin Aİ-nin həm daxilində, həm də xaricində siyasi rəhbərliyinə olan inamının əsaslı şəkildə sarsılmasına səbəb ola bilər", - deyə İrlandiyanın ətraf mühit naziri İmon Rayan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
1
azertag.az

1Mənbələr