AZ

Liqa 1: PSJ “Nitsa”ya səfərdə qalib gəldi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 32-ci turundan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, bu gün iki belə qarşılaşma baş tutub.

Artıq çempionluğu təmin etmiş PSJ səfərdə “Nitsa” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Paris təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Reyms” isə doğma meydanda Marsel “Olimpik”i ilə üz-üzə gəlib. Bu oyunda meydan sahibləri minimal hesabla qələbə qazanıblar.

Beləliklə, mövsümün başa çatmasına bir tur qalmış PSJ 73 xalla vahid liderdir. “Monako” 64 xalla 2-ci pillədə qərarlaşıb. “Lill” və “Brest” 58, “Nitsa” 54, “Lans” və Lion “Olimpik”i 50, Marsel “Olimpik”i 47, “Renn” 46, “Reyms” 44, “Tuluza” 43, “Monpelye” 50 xal toplayıb.

Fransa, Liqa 1
32-ci turun oyunları
15 may

Nitsa – PSJ 1:2
Qollar: Ço, 32 – Barkola, 18. Zaqe, 23.

Reyms – Olimpik (Marsel) 1:0
Qol: Mbemba, 33-öz qapısına.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
2
arena.az

4Mənbələr