AZ

"Mançester Yunayted" evdə, "Çelsi" səfərdə qalib gəldi

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınan daha iki oyun keçirilib.

QOL.az xəbər verir ki, əvvəlcə "Çelsi" səfərdə "Brayton"la qarşılaşıb. Oyun London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə "Mançester Yunayted" öz meydanında "Nyukasl"ı üstələyib - 3:2.

"Brayton" - "Çelsi" - 1:2

Qollar: Palmer, (0:1), Nkunku. 64 (0:2), Uelbek, 90+7 (1:2)

"Mançester Yunayted" - "Nyukasl" - 3:2

Qollar: Meynu, 31 (1:0), Cordan, 49 (1:1), Dialo, 57 (2:1), Hoylund, 84 (3:1), Hall, 90+2 (3:2)

Bu nəticələrdən sonra "Çelsi" 60 xalla 6-cı, "Nyukasl"la "Mançester Yunayted" 57 xalla 7 və 8-ci yerlərdə, "Brayton" 48 xalla 10-cu pillədə qərarlaşıb. 

Premyer Liqada çempion isə mövsümün sonuncu - 38-ci turunda müəyyənləşəcək. Mayın 19-da keçiriləcək görüşlərdə lider "Mançester Siti" (88 xal) "Vest Hem"i, 2-ci pillədə qərarlaşan "Arsenal" (86 xal) isə "Everton"u qəbul edəcək, 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
teleqraf.com

1Mənbələr