AZ

Slovakiyanın baş naziri komaya düşdü – YENİLƏNDİ

Slovakiyanın Baş naziri Robert Fitso süni koma vəziyyətinə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, onun vəziyyəti ağırdır.

*** 22:22

“Slovakiyanın baş naziri əməliyyat olunub, onun vəziyyəti stabildir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın TAZ telekanalı məlumat yayıb.

“Fitsonun əməliyyatı uğurla keçib, vəziyyəti stabildir və əlaqə saxlayır”, – telekanal bildirib.

Qeyd edək ki, Slovakiyanın baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən törədilib.

O, qeydiyyatda olan silahdan atəş açıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
bakuinform.agency

1Mənbələr