AZ

Bu, 20 ildən sonra ilk belə haldır

Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücum son 20 ildən artıq müddətdə Avropada ilk hadisədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu, 2003-cü ilin martından bəri Avropada dövlət başçısının ilk güllələnməsi idi”, - məlumatda bildirilib.

Belə ki, 2003-cü il martın 12-də Serbiyanın Baş naziri Zoran Cinciç Belqradın mərkəzində snayper atəşi ilə öldürülüb.

Qeyd edək ki, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb. Ona hücuma görə yazıçı və şair, Proqressiv Slovakiya partiyasının tərəfdarı Yuray Çintula saxlanılıb. Y. Çintula “Mən hökumətin siyasəti ilə razı deyiləm” deyərək hadisəni törətdiyini təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
qafqazinfo.az

1Mənbələr