AZ

Eltac hindistanlı rəqibini mat edib

Birləşmiş Ərəb Əmirliyində keçirilən Şarjah Master turnirində 2-ci tura yekun vurulub.

Eltac Səfərli turu qələbə ilə başa vurub. O, hindistanlı həmkarı Samant Adityanı mat edib. Teymur Rəcəbov və Aydın Süleymanlı yarımxala razı olublar. Məhəmməd Muradlı turu xalsız başa vurub.

Qeyd edək ki, 2 turdan sonra şahmatçılarımızın hesabında 1 xal var.

Şarjah Masters, II tur
Məhəmməd Muradlı – Çitambaram Aravind (Hindistan) – 0:1
Teymur Rəcəbov – Şamsaddin Vohidov (Özbəkistan) – 0,5:0,5
Aydın Süleymanlı – Feliks Bolmerger (Avstriya) – 0,5:0,5
Eltac Səfərli – Samant Aditya (Hindistan) – 1:0

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
3
idman.biz

4Mənbələr