AZ

Bu əməlinə görə ömürlük cəzalandırıldı

Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) iki idmançını danışılmış oyuna görə cəzalandırıb.

Publika.az xəbər verir ki, Alexandro Mendoza Krespo 20 qayda pozuntusuna görə ömürlük, Xorxe Panta Herreros isə 4 qayda pozuntusuna görə 3 il müddətinə tennisdən uzaqlaşdırılıb. Sanksiyalar martda keçirilən rəsmi dinləmələrdən sonra tətbiq edilib və apreldə qüvvəyə minib. Tennisçilər müvafiq olaraq 250 min dollar və 10 min dollar cərimə də ediliblər.

Bu, mafya liderinin 5 il müddətinə azadlıqdan məhrum edildiyi Belçikada cinayət işi ilə əlaqədardır. Ümumilikdə sözügedən ölkədə bu işə görə 25 nəfər cəzalandırılıb. ITIA həmçinin, xüsusən tennisdə mümkün korrupsiya ilə bağlı hesabatların sayının artdığını göstərən hesabat dərc edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
publika.az

1Mənbələr