AZ

Könül Kərimova: "Gəlinimin qulluğunda duracağam"

"Hər bir valideyn nəyəsə tələsir. Amma mən oğlum Rəşada indiyə kimi heç bir qızı məsləhət görməmişəm. Bunu ilk dəfədir etiraf edirəm. İstəyirəm ki, onun ürəyincə olan bir qızı tapaq. Gecikməsinin də səbəbi budur. Sevgi ilə qurulan ailə bir az fərqli olur".

Bizim.Media xəbər verir ki, bu sözlər Əməkdar artist Könül Kərimova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi bildirib ki, oğlunun və gəlininin qulluğunda duracaq:

"Mən gəlinimi əziyyət çəkməyə qoymayacağam. Yeməkləri özüm bişirəcəyəm və hər ikisinin qulluğunda duracağam. İstəyim odur ki, onlar biri-birini sevsinlər".

Qeyd edək ki, K.Kərimovanın oğlu Rəşaddan savayı, Ləman adında qızı da var. Ləman 5 il əvvəl Orxan adlı şəxslə ailə qurub. 
Sənətçinin qızı evləndikdən sonra Ağcabədiyə köçüb. 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
bizim.media

1Mənbələr