AZ

ADPU-da professor Hyun Sook Tekinin konserti və elmi seminarı keçirilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim–Tədris Mərkəzi ilə birgə Türkiyənin Bağçaşəhər Universitetinin Konservatoriyasının professoru Hyun Sook Tekinin “Fortepiano ifaçılığı və pedaqogika” mövzusunda konsert proqramı və elmi seminarı təşkil olunub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirin açılışında Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Laçın Həsənova fakültənin musiqi müəllimliyi ixtisası üzrə təhsil verən professor-müəllim heyəti, tələbələr və təhsil sistemi barəsində məlumat verib.

Sonra professor H.S.Tekin fakültənin musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərsi, daha sonra fakültənin müvafiq kafedrasının müəllimləri üçün elmi seminar keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
tehsil.biz

2Mənbələr