AZ

Baş nazirə hücumda şübhəli bilinən şəxsin rusiyayönlü qrupla əlaqəsi var?


Macarıstanlı araşdırmaçı jurnalist Sabolç Panyi Slovakiyanın Baş naziri Robert Fitsoya hücumda şübhəli bilinən 71 yaşlı Yuray Tsintulanın əvvəllər rusiyayönlü “Slovenski Brantsi” (“Slovakiya çağırışçıları”) qruplaşması ilə əlaqəli olduğunu aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, 2016-cı ilin yanvarında qrupun feysbuk sehifəsində Tsintulanın “Slovenski Brantsi”yə ictimai dəstəyini ifadə etdiyi bir yazı paylaşılıb. Yazı Tsintulanın fotosu ilə müşayiət olunub.
Qeyd edək ki, “Slovenski Brantsi” 2012-ci ildən Slovakiyada fəaliyyət göstərən qeydiyyatdan keçməmiş hərbiləşdirilmiş təşkilatdır. “VSquare” nəşrinin araşdırmaçı jurnalistləri 2019-cu ildə yazıblar ki, qruplaşma Kreml tərəfdarı olan “Gecə canavarları” bayker hərəkatının Slovakiya bölməsi ilə əməkdaşlıq edib və qrupun lideri keçmiş Rusiya xüsusi təyinatlıları tərəfindən təlim keçib. 2022-ci ilin oktyabrında təşkilat fəaliyyətini dayandıracağını açıqlayıb.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də günorta saatlarında Qandlova şəhərində  hücuma məruz qalıb. Hücumçu Fitsoya beş dəfə atəş açıb. Xəsarət alan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hücumda şübhəli bilinən şəxs saxlanılıb. KİV hücumun yazıçı və şair Yuray Tsintula tərəfindən həyata keçirildiyi barədə məlumat yayıb. Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutay-Eştok bildirib ki, şübhəli şəxs siyasi motivlərlə atəş açıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
yeniavaz.com

1Mənbələr