AZ

Ançelottini Arda Gülər haqqında danışdı

Ançelotti La Liqanın 36-cı həftəsində evdə "Deportivo Alaves"ə 5:0 hesablı qələbədən sonra mətbuat konfransında danışıb.

News24.az xəbər verir ki, İtaliyalı baş məşqçi milli futbolçu Arda Gülər ilə bağlı suala, "Təbii ki, gənc futbolçularımıza böyük sevgimiz var. Arda çox yaxşı irəliləyişlər edir. Təbii istedadı var. O, çətin anlarda belə qol vurur" deyib.

Qeyd edək ki, “Alaves” matçına ehtiyat oyunçu kimi başlayan və 61-ci dəqiqədə Eduardo Kamavinqanı əvəzləyən Arda 81-ci dəqiqədə komandasının 5-ci qolunu vurub.

Onu da bildirək ki, Arda bu mövsüm La Liqada 4-cü qolunu vurub.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
news24.az

1Mənbələr