AZ

Misir “Rəfah” NBM-in bağlanmasına görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb

Misir hökuməti Fələstinin Qəzza sektoru ilə sərhəddə yerləşən “Rəfah” nəzarət-keçid məntəqəsinin (NBM) bağlanmasına və anklav sakinlərinə humanitar yardımın çatdırılmasında yaranmış problemlərə görə bütün məsuliyyəti İsrailin daşıdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.

“İsrail Qəzza ilə sərhəddəki “Rəfah” quru NBM-inin bağlanmasına görə tam məsuliyyət daşıyır. İsrail tərəfi həmçinin bölgədə humanitar vəziyyətin kəskin pisləşməsinə görə də məsuliyyət daşıyır”, - Misir hökumətindəki yüksək vəzifəli mənbə telekanala açıqlamasında söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
41
report.az

10Mənbələr