AZ

Jurnalistlərin həbsinə görə bu ölkələr LİDERDİR

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) öldürülən jurnalistlər və media işçiləri ilə bağlı 33-cü hesabatını dərc edib.



Sfera.az xəbər verir ki, hesabatda 2023-cü ildə 129 jurnalistin öldürüldüyü, həbs olunan jurnalistlərin sayının 427-yə çatdığı qeyd edilir. Məlumata görə, Qəzzada jurnalistlərin 70%-i öldürülüb.



Bildirilib ki, jurnalistlərin həbsinə görə Çin birinci (80%), Myanma ikinci (51%), Türkiyə üçüncü (41%), Rusiya isə dördüncü (40%) yerdə qərarlaşıb.
Federasiyanın baş katibi Entoni Belanjer bəyan edib ki, vətəndaşların düzgün məlumatla təmin edilməsi demokratik hüquqdur və jurnalistlərin xəbərləri maneəsiz yayması üçün onların təhlükəsizliyini təmin etmək hökumətlərin vəzifəsidir.



Bu il öldürülən jurnalistlərin sayı dövlətləri jurnalistlərin təhlükəsizliyini və müstəqilliyini qoruyacaq əsas mexanizmləri qəbul etməyə məcbur edəcək məcburi beynəlxalq sənədə nə qədər ehtiyacımız olduğunu göstərir”, - Belanjer bildirib.



İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
2
sfera.az

1Mənbələr