AZ

Qəlyan çəkən baş həkim saxlanıldı

Qəlyan çəkən baş həkim saxlanıldı

Dağıstan xəstəxanasının baş həkimi FSB tərəfindən saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, söhbət Süleyman-Stal Mərkəzi rayon Xəstəxanasının rəhbəri Cəfər Kurbanismailovdan gedir. İstintaqın məlumatına görə, o, əsassız olaraq müavininə 627 min rubldan (təxminən 11 min 662 manat) çox pul yazıb.

Tibb müəssisəsinin müştəriləri baş həkimin kabinetində qəlyan çəkdiyini bildiriblər.

Saxlanılan şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
sonxeber.az

1Mənbələr