AZ

Fransada qanlı qaçış - FOTO

Fransada həbsxana maşını maskalı şəxslər tərəfindən pusquya salınıb.

News24.az xəbər verir ki, “Narkotik lideri” kimi tanınan 30 yaşlı məhbus Məhəmməd Əmranın qaçırıldığı hücumda iki mühafizəçi həlak olub.

Fransa Daxili İşlər Naziri Gerald Darmanin ətraf ölkələrdən kömək aldıqlarını və qanlı qaçışın arxasındakı insanları tutmaq üçün geniş axtarış əməliyyatı həyata keçirdiklərini açıqlayıb.

Qeyd edək ki, Fransada minlərlə mühafizəçi öldürülən iki mühafizəçini şərəfləndirmək üçün simvolik olaraq həbsxanaları 24 saat müddətinə bağlayıb.

"Narkotik lideri" kimi tanınan 30 yaşlı məhbus Məhəmməd Əmra "La Mouche" (The Fly) ləqəbi ilə tanınır.

Polis mənbələri Əmranın narkotik alveri ilə məşğul olduğunu bildirib.

Paris prokurorluğu Əmranın mayın 10-da Evreux məhkəməsində oğurluqda təqsirli bilindiyini və Val de Reuil həbsxanasında saxlanıldığını açıqlayıb.

Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında "Bu cinayəti törədənlərin tapılması üçün hər şey edilir" sözlərini paylaşıb.

O, hücumu "şok" adlandırıb və əlavə edib: "Biz güzəştə getməyəcəyik".

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
news24.az

1Mənbələr