AZ

Xərçəngi klinik diaqnozdan yeddi il əvvəl aşkar etməyin bir yolu tapıldı » AzadMedia.az



Oksford Universitetinin alimləri insan qanında xərçəngin inkişafının ilkin mərhələsində - kliniki diaqnozdan yeddi il əvvəl xəbər verə bilən zülallar aşkar ediblər. Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

İki fazalı tədqiqatda 44 000-dən çox insan iştirak edib (onlardan 4 900-də sonradan xərçəng diaqnozu qoyulub). Laboratoriya müayinəsi üçün bütün iştirakçılardan qan nümunələri götürülüb. Komanda proteomika adlı texnikadan istifadə edib. Proteomika, bir-biri ilə necə qarşılıqlı əlaqədə olduqlarını görmək üçün bir anda toxuma nümunələrindəki böyük bir zülal dəstini təhlil etməyə imkan verir.

Alimlər əvvəlcə hər bir subyektdən bir qan nümunəsindən götürülmüş 1463 zülal dəstini təhlil ediblər. Onlar xərçəng diaqnozu qoyulmuş insanlarla sağlam könüllülərin qanının zülal profillərini müqayisə edərək, aralarındakı mühüm fərqləri müəyyən ediblər və bu qrupda hansı zülalların xəstəliklərin inkişaf riskinin artması ilə əlaqəli olduğunu öyrəniblər.

Tədqiqatçılar aşkar ediblər ki, xərçəng xəstələri diaqnoz qoyulana qədər 3 il ərzində 182 zülalda dəyişiklik olub. Alimlər həmçinin klinik diaqnozdan yeddi il əvvəl xərçəngin inkişafı ilə əlaqəli transformasiyalar olan 107 biomarker zülalını müəyyən etdilər.

Tədqiqatın ikinci mərhələsində komanda 300.000 xərçəng hadisəsinin inkişafına səbəb olan genetik faktorları təhlil edib. Nəticələri yekunlaşdırdıqdan sonra alimlər qeyd ediblər ki, ümumilikdə 618 zülal 19 müxtəlif növ xəstəlik üçün marker rolunu oynayır. Lakin onlardan yalnız 107-si xərçəngi ilkin mərhələdə aşkar edə bilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
azadmedia.az

2Mənbələr