AZ

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının IX iclası keçirilib

Bakı. Trend:

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və ErmənistanRespublikası arasında sərhəddə Azərbaycan Respublikasının Başnazirinin müavini Şahin Mustafayevin və Ermənistan RespublikasınınBaş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyasının və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraqgörülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onunsüqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılanrespublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitəBağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar(ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber(ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİSQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəkigeodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsinəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirinirazılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbətigörüşün keçirilməsi tarixi və yeri işçi qaydadarazılaşdırılacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
az.trend.az

4Mənbələr