İtaliya milli komandasının heyətində ciddi itki baş verib.
İdmanxeber.az-ın məlumatına görə, Nikolo Zaniolo sıradan çıxıb. “Aston Villa”da çıxış edən futbolçu ayağından zədə alıb. O, Avropa çempionatında iştirak edə bilməyəcək.
Müqavilə ilə “Qalatasaray”a məxsus olan Zaniolo icarə əsasında İngiltərə klubunda forma geyinir.